Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ Narkomaniyadan  necə qorunmaq olar ” adlı  məlumat  saatı  keçirilib

16.01.2023

Gəncə Regional Mədəniyyət İdarəsi  Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı filialı 16.01.2023-cü il tarixində  “ Narkomaniyadan  necə qorunmaq olar ” adlı  məlumat  saatı  keçirtdi.  Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi  bir dəqiqəlik sükutla yad edildi.  MKS-nin 19 saylı kitabxana filialının  müdiri Elza Əliyeva  tədbiri açıq elan edərək  narkomaniyanın ictimai təhlükəliliyini, insanların fiziki və psixi sağlamlıqlarını ciddi şəkildə pozmasını, ruh düşgünlüyü yaratmasını, intellektual səviyyəni, ictimai fəallığı, sosial əlaqələri pozub-parçalamasını qeyd etdi. Gəncə şəhər Tibb Kollecinin müəlliməsi  həkim Zarema Hüseynova narkotik vasitələrə meyilin yaranma səbəbləri, bu sahədə ətraf mühitin çox böyük rolu, müalicə yolları və üsulları, dərman terapiyası, musiqi terapiyası, ebru terapiya, psixoloji seanslar mövzusunda məlumat verdi. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin psixoloqu Qətibə Mustafayeva, məktəbin tibb işçisi Sayalı Rüstəmova , Azərbaycan dili ədəbiyyat müəlliməsi Mərquşə İbrahimova, kitabxana müdiri Ruziyə Abbasova, Uşaq Təşkilatı Birliyinin rəhbəri  Qənifə Nağıyeva  XXI əsrdə cəmiyyəti, bəşəriyyəti ən çox narahat edən problemlərdən biri, bəlkə də birincisi, sonu faciə ilə nəticələnən narkomaniya olduğunu vurğulayaraq maarifləndirici çıxışlar etdilər. Tədbirdə Gəncə şəhər Tibb Kollecinin müəlliməsi həkim Zarema Hüseynova iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırdı.

 

114.2 KB